"TikTok" Azərbaycanda bağlanır? -

"TikTok" sosial şəbəkəsi ölkədə ən çox istifadə edilən platformalardan biridir. Sosial platdorma həmçinin bir çoxları üçün qazanc mənbəyinə çevrilib.

Metbuat.az xəbər verir ki, "TkTok"da bir dama jeton göndərən istifadəçilər platformaya 50% komissiya və Azərbaycan dövlətinə 18% vergi ödəyir.

Bu qədər qazanca rəğmən "TikTok" sosial platforması Azərbaycana vergi ödəmir. Bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik edilir.

Nəticə etibarilə gələn ildən "TikTok" da ölkəyə vergi ödəməli olacaq. Əgər şərtləri qəbul etməzsə, onda sosial platforma Azərbaycan üçün bağlı ola bilər.

İTV-nin hazırladığı süjeti təqdim edirik:


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR