Xəbər verdiyimiz kimi, Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Əliyev Məhəmməd Məhərrəm oğlunun silahla davranış qaydalarının pozulması nəticəsində ehtiyatsızlıqdan vəfat edib.

Metbuat.az xəbər verir ki, vəfat edən əsgər əslən Beyləqan rayonun Birinci Şahsevən kəndindəndir.

Qeyd edək ki, Şəmkir hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 350.2-ci (Silahla davranış qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda ) maddəsi ilə başlanılmış cinayət işi üzrə şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq.

Bədbəxt hadisə nəticəsində vəfat edən əsgərimizin

Bir 1 nəfər şəkili ola bilər

Bir 1 nəfər və açıq hava şəkili ola bilər