Son həftədə 271 ha ərazi minalardan təmizlənib

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları barədə həftəlik məlumat açıqlanıb.

ANAMA-dan Metbuat.az-a verilən məlumata görə, dekabrın 5-dək 10-dək olan dövrdə Tərtər, Ağdam, Füzuli, Laçın, Şuşa, Xocavənd, Qubadlı, Cəbrayıl və Zəngilanda 1 piyada əleyhinə mina, tank əlehinə 3 və 47 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 271 hektar ərazi mina və PHS-lərdən təmizlənib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR