Amerikalı milyarder, "SpaceX" və "Tesla" şirkətlərinin qurucusu, "Twitter"in rəhbəri İlon Mask şirkətin Baş İcraçı Direktoru (CEO) olmaqdan imtina edir.
Metbuat.az xəbər verir ki, bu barədə o, tviter hesabında məlumat yayıb. Mask bildirib ki, hazırda CEO axtarışındadır. Bundan sonra özü tviterin proqram təminatı və server komandalarına rəhbərlik edəcək.