"Göygöl" Dövlət Mahnı və Rəqs Ansamblının yaradıcısı, Xalq artisti Fikrət Verdiyev vəfat edib.
Metbuat.az xəbər verir ki, Xalq artisti uzun sürən xəstəlikdən sonra 75 yaşında yaşadığı Gəncə şəhərində dünyasını dəyişib.
Qeyd edək ki, Fikrət Verdiyev Xan Şuşinskinin qızı ilə evli idi və tanınmış müğənni Bəyimxanım Cavanşirovanın atasıdır.
