"Whatsapp"da yeni funksiya -

Günlük mesajlaşma platforması olan vatsapa yeni özəllik gəlir.

Metbuat.az xəbər verir ki, bundan sonra silinən mesajları geri qaytarmaq mümkün olacaq.

Belə ki, hazırda istifadəçilər yazdıqları mesajı iki yolla - "hər kəs üçün sil", "yalnız özüm üçün sil" funskiyası ilə silə bilirlər. Əgər səhvən istifadəçi "yalnız özüm üçün sil" düyməsi mesaj silirsə, bu zaman qarşı tərəfə yöndərilən mesajın ləğvi mümkünsüz olur.

Yeni funskiya ilə həmin mesaj geri qaytarılacaq. Bu zaman vatsap 5 saniyə vaxt verəcək və istifadəçi istəyinə uyğun funskiya ilə mesajı siləcək.

Qeyd edək ki, "hər kəs üçün sil" düyməsi ilə silinən mesaj heç bir formada geri qaytarılmır.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR