Beyləqanda 49 yaşlı kişi öldürülüb

Beyləqan rayonunda 49 yaşlı kişi qətlə yetirilib.

Metbuat.az-a DİN-in mətbuat xidmətindən verilən məlumata görə, hadisə dekabrın 23-də saat 16:10 radələrində baş verib.

Belə ki, Beyləqan rayonunda 1973-cü il təvəllüdlü Kamil Fərəzliyevin bıçaqla öldürülməsi barədə polisə məlumat daxil olub.

Beyləqan RPŞ əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən 1978-ci il təvəllüdlü Rafiq Əliyev saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırmalar davam etdirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR