Kəlbəcərdə qəza:

Kəlbəcərdə iki yük avtomobili toqquşub, xəsarət alan var.

Bu barədə Metbuat.az-a DİN-in Mətbuat Xidmətindən polis kapitanı Eşqin Qasımov məlumat verib.

Onun sözlərinə görə, hadisə bu gün Kəlbəcər rayon Almalıq kəndi ərazisində baş verib.

İki yük avtomobilinin toqquşması nəticəsində sürücülərdən biri Göygöl rayon Toğanalı kənd sakini V. Bayramov yüngül bədən xəsarətləri alıb.

Kəlbəcər Rayon Polis Şöbəsinin əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb.

Faktla bağlı araşdırmalar davam etdirilir


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR