İndiyədək Media Reyestrinə neçə media subyekti və jurnalist daxil edilib?

Media Reyestri fəaliyyətə başlayandan bu günədək qeydiyyatdan keçən media subyektləri və jurnalistlərin sayı açıqlanıb.

Metbuat.az-ın sorğusuna cavab olaraq MEDİA-nın Kommunikasiya şöbəsinin müdiri - mətbuat katibi Səidə Şəfiyeva bildirib ki, bu günədək 149 media subyekti və 126 jurnalist Media Reyestrinə daxil edilib.

Qeyd edək ki, Prezident İlham Əliyevin "Media haqqında" Qanunun tətbiqi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi barədə" Fərmanına əsasən, Medianın İnkişafı Agentliyi, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi də daxil olmaqla, aidiyyəti qurumların üzərinə Media Reyestrinin yaradılması və onun fəaliyyətinin təmin olunması istiqamətində müvafiq tapşırıqlar qoyulub. Bildirilib ki, Nazirlər Kabinetinin müvafiq qərarları ilə Media Reyestri şəhadətnaməsi və jurnalist vəsiqəsinin forması, həmçinin jurnalist vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə ödənişin məbləği və həmin vəsaitdən istifadə qaydası təsdiq edilib, bununla da Media Reyestrinin hüquqi təminatının yaradılması istiqamətində verilmiş tapşırıqların icrası yekunlaşıb. Beləliklə, Media Reyestri İnformasiya Sisteminin proqram təminatının formalaşdırılması prosesi də uğurla başa çatıb və 14 oktyabr 2022-ci il tarixindən etibarən Reyestr fəaliyyətə başlayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR