Zeynəb Xanlarovanın doğum günüdür -

Bu gün dünya şöhrətli müğənni, SSRİ Xalq artisti Zeynəb Xanlarovanın doğum günüdür.

Metbuat.az xəbər verir ki, bu gün onun 87 yaşı tamam olur.

Zeynəb Yəhya qızı Xanlarova 28 dekabr 1936-cı ildə Bakının məşhur Dağlı məhəlləsində anadan olub. Yasamal rayonundakı Cəfər Cabbarlı adına 161 saylı orta məktəbdə təhsil alıb. O, 1956-cı ildə M.Ə.Sabir adına Bakı Pedaqoji məktəbini və 1961-ci ildə A.Zeynallı adına Bakı Musiqi Texnikumunu bitirib. 1961-ci ildən Opera və Balet Teatrının solisti kimi fəaliyyətə başlayıb.

Bakıda keçirilən şəhər bədii özfəaliyyət kollektivlərinə baxış zamanı Zeynəb xanımı "Azərbaycan maralı" xalq mahnısı ilə çıxış edir və ifası bəyənilir. Dövlət Filarmoniyasında baş tutan konsertdə 1-cilik qazanır. Əfrasiyab Bədəlbəylinin təkidi ilə Zeynəb xanım mötəbər musiqi ocağının - Asəf Zeynallı adına Bakı Orta İxtisas Musiqi məktəbinin tələbəsi olur. Böyük vokal ustadı Seyid Şuşinskinin sinfində dərs alır.

Stream Zeyneb Xanlarova - Doktor Civanim (2016) by ZakirBaku | Listen  online for free on SoundCloud

Z.Xanlarova Azərbaycanın qadın xanəndələri arasında "Çahargah" muğamının ilk ifaçılarından biridir. Haqqında "Salam, Zeynəb!" adlı sənədli film çəkilib.

Həmçinin o, 1975-ci ildə Azərbaycan SSR xalq artisti, 1978-ci ildə Ermənistan SSR xalq artisti, 1980-ci ildə SSRİ xalq artisti adını alıb. Azərbaycan SSR Dövlət mükafatı laureatıdır (1988).

Ü.Hacıbəyovun "Leyli və Məcnun", "Əsli və Kərəm" operalarında Leyli və Əsli obrazlarını yaradıb. Repertuarında muğamlar, təsnif və Azərbaycan xalq mahnıları, bəstəkar mahnıları, şərq xalqlarının mahnıları geniş yer tutur.

Zeynəb Xanlaraova Azərbaycan səhnəsinə naz və hərəkətlilik gətirən ilk müğənnidir. Xanlarova Yəməndə +50 dərəcə temperaturda açıq havada konsert verib. Əfqanıstanda isə tankların, pulemyotların müşayiəti ilə konsert keçirib. Əfqanıstanın ozamankı rəhbəri Nəcibulla tərəfindən ən yüksək dövlət ordeninə layiq görülüb.

ABŞ-da ən çox konsert verən Azərbaycan müğənni də Zeynəb Xanlarovadır. Onun bu ölkəyə ilk səfəri 1989-cu ildə baş tutub. Hətta ABŞ-da konsert zamanı Zeynəb Xanlarova tamaşaçılara ilk səfərindən məzəli bir əhvalat danışır: "1989-cu ildə Amerikaya qastrol səfərim zamanı ifa etdiyim mahnılardan biri də "Reyhan" idi. Əksəriyyəti Azərbaycan dilini başa düşməyən zal bu mahnını böyük rəğbətlə qarşıladı. Mən niyə məhz bu mahnıya belə reaksiya olduğuna təəccübləndim. Sonra tərcüməçimiz başa saldı ki, mahnınızın ABŞ Prezidenti Reyqanın haqqında olduğunu düşünürlər".

Zeynəb Xanlarova 01.03.2019.jpg

O, Azərbaycan SSR Ali Sovetinin (XI-XII çağırış) və Azərbaycan Respublikası Milli Məclisinin (I-IV çağırış) deputatı olub.

1996-cı ilə "Şöhrət", 2008-ci ildə "İstiqlal", 2016-cı ildə "Heydər Əliyev" ordeninə layiq görülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR