​SpaceX şirkəti kosmosa ikinci nəsil Starlink peykləri buraxdı

SpaceX şirkəti kosmosa yeni ikinci nəsil Starlink peykləri buraxıb.

Metbuat.az xəbər verir ki, peykləri daşıyan “Falcon 9” raketi ABŞ-ın Florida ştatındakı “Cape Canaveral” Kosmik Stansiyasından buraxılıb. Starlink peyk şəbəkəsi layihəsinin məqsədi bütün dünyanı yüksək sürətli internetlə təmin etməkdir. Məlumata görə, son peyklərin buraxılmasından sonra kosmosda Starlink peyklərinin sayı 3 mini keçib. Sonuncu buraxılan peyklər ikinci nəsil olub və ilk dəfə kosmosa Starlink peyklərinin bu növü buraxılıb.

Şirkət dünyanın orbitində 12 min peykdən ibarət şəbəkə qurmağı planlaşdırır. SpaceX dünyanın ən ucqar hissəsi də daxil olmaqla, dünyanın hər yerinə yüksək sürətli və genişzolaqlı internet təklif etməyi qarşısına məqsəd qoyub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR