Zeynəb Xanlarova ilə bağlı maraqlı fakt:

Ötən gün 86 yaşı tamam olan Xalq artisti Zeynəb Xanlarov ilə bağlı maraqlı fakt ortaya çıxıb.

Metbuat.az xəbər verir ki, aparıcı Sərxan Kərəmoğlu sənətçi ilə bağlı sosial şəbəkədə paylaşım edərək qeyd edib ki, Turqut Özal illər əvvəl Zeynəb Xanlarovanı özəl təyyarə ilə qardaş ölkəyə dəvət edib və onun orada konsert verib:

"Bir gün Səmra Özal, rəhmətlik Turqut Özalın həyat yoldaşı dedi ki, Zeynəb xanımdan uzun zamandır xəbərim yoxdur. Zeynəb xanıma zəng vurdum və söylədim ki, Səmra xanım sizi soruşdu. Dedi bəs niyə nömrəmi verməmisən, mən o xanımı çox sevirəm. Səmra xanım söhbət əsnasında dedi ki, Türkiyə Cümhuriyyətində yeganə hadisədir ki, dövlət bir sənətçi üçün özəl təyyarə göndərdi ki, Zeynəb xanım öz kollektivi ilə gəlib konsert versin. Bu sözləri eşitmək mənim üçün çox qürurverici idi. 28 dekabr dünyanın Zeynəbinin ad günüdür. Mənim dəyərli bacım, sizi ürəkdən təbrik edirəm və demək istəyirəm ki, mən sizi ömürlük sevirəm".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR