1000-dən çox şəxsə "Müharibə veteranı" adı verilməyib -

Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən komissiya tərəfindən bu günədək "Müharibə veteranı" adı və vəsiqəsinin verilməsi üçün təqdim olunan 4300 nəfərin məlumatlarının dəqiqləşdirilməsi məqsədilə əlavə zəruri sənədlər tələb olunduğuna görə yenidən baxılması üçün geri qaytarılıb.

Metbuat.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, 1042 nəfərə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 216-cı nömrəli qərarının tələblərinə zidd olduğuna görə imtina verilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR