2023-ün ilk həftəsi -

2023-cü ilin ilk həftəsində ölkədə çox ağır hadisələr yaşandı.

Metbuat.az xatırladır ki, yanvarın 1-də paytaxtın Heydər Əliyev prospektində "Mercedes" markalı avtomobillə “Toyota Prius”un toqquşması nəticəsində 5 nəfər həlak olub. Hadisə "Mercedes"in "Toyota"nın qarşısına çıxması nəticəsində baş verib. Nəticədə avtomobillərdə olan üç nəfər hadisə yerində keçinib. Ağır bədən xəsarətləri ilə tibb müəssisələrinə yerləşdirilən iki nəfərin də həyatını xilas etmək mümkün olmayıb. Qəza qurbanları "Mercedes"in sürücüsü, 1997-ci il təvəllüdlü Vüqar Abdullayev, onun sərnişinləri - 1994-cü il təvəllüdlü Aytəkin Allahyarova, 2001-ci il təvəllüdlü Könül Namazova, həmçinin "Toyota" markalı avtomobilin sürücüsü, 1994-cü il təvəllüdlü Pərviz Əlizadə və 1997-ci il təvəllüdlü Jalə Aslanovadır.

Bakıda ağır yol-nəqliyyat hadisəsi: 5 nəfər ölüb - TƏFƏRRÜAT - Şafaqna  Azərbaycanca

Yanvarın 2-də isə Bakının Binəqədi rayonunda yerləşən yaşayış binasında güclü partlayış olub. Çoxmərtəbəli binanın sonuncu mərtəbəsində olan partlayış zamanı zərbənin gücündən 17-ci mərtəbədə yaşayan gənc pəncərədən yerə düşərək ölüb. Partlayışda həyatını itirən şəxs polis əməkdaşı Məhəmməd Babayev olub.

Binəqədidəki partlayışda həlak olan polis əməkdaşı dəfn edildi - FOTO »  AzadSəs

Yanvarın 3-ü də Qobustan ərazisində yanacaqdaşıyan avtomobil "Kamaz" markalı yük maşınına çırpılıb, nəticədə avtomobildə olan yanacaq yola dağılıb və güclü yanğın başlayıb. Hadisə nəticəsində "Mercedes” markalı yük avtomobilinin sürücüsü həlak olub.

Qobustandakı partlayışın baş vermə anı - VİDEO

Ümumilikdə, ötən il dekabrın 31-də və cari il yanvarın 1-də (şənbə və bazar günləri) yol qəzalarında 10 nəfər ölüb. Belə ki, respublikanın avtomobil yollarında ölümlə nəticələnən 6 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 10 nəfər ölüb, 5 nəfər isə xəsarət alıb.

Yanvarın 3-də ölkənin avtomobil yollarında ölümlə nəticələnən 2 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 3 nəfər, 2 nəfər isə xəsarət alıb. Yanvarın 4-də avtomobil yollarında ölümlə nəticələnən 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb, 4 nəfər isə xəsarət alıb.

Yanvarın 5-də isə paytaxtın Nərimanov rayonunda mənzillərin birində 4 nəfərin meyiti tapılıb. Məlum olub ki, dəm qazından boğulan şəxslərin meyitləri bir neçə gün bağlı qapı arxasında qalıb. Bayram günü öldüyü ehtimal olunan şəxslər Kənan Nəzərov (1990), Pərvin Səfərli (1991), Kamran Allahverdiyev (1994) və Kənan Salayevdir (2006).

Yanvarın 6-da avtomobil yollarında ölümlə nəticələnən 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.

Bakıda mənzildə meyiti tapılan 4 nəfərin ölüm səbəbi

2023-cü ilin ilk ailə faciəsi isə yanvarın 6-da yaşanıb. Belə ki, Xətai rayonu ərazisində 1966-cı il təvəllüdlü Rəhimə Həşimova həyat yldaşı tərəfindən öldürülüb. Bundan başqa, elə həmin gün saat 13 radələrində Kürdəmir rayonu ərazisində 1994-cü il təvəllüdlü Könül Qurbanova həyat yoldaşı tərəfindən öldürülüb.

Bundan başqa, dünən Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Suraxanı rayon Hövsan qəsəbəsində yerləşən avtoyuma məntəqəsində işləyən Rzayev Qalib Qənimət oğlu dəm qazından zəhərlənərək vəfat edib. Belə ki, avtoyuma məntəqəsindəki avtomobilin salon peçini işə salaraq yuxuya gedən gənc oğlan dəm qazının içəri dolması səbəbindən zəhərlənib. O, hadisə yerində dünyasını dəyişib.

Bundan başqa, dünən Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm qəsəbəsində qətl hadisəsi olub. 2005-ci il təvəllüdlü Tuncay Abdullayev həmkəndlisi və həmyaşıdı Rəhman Süleymanov tərəfindən öldürülüb. Hadisəyə səbəb isə iki şəxs arasındakı dava və söyüş olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR