Azərbaycan millisinin üzvü Avropa nəhəngindən təklif alıb

"Qarabağ"ın kapitanı Maksim Medvedev Niderlandın "Tvente" və Qazaxıstanın "Astana" klublarından təklif alıb.

Metbuat.az-ın məlumatına görə, bu barədə 34 yaşlı müdafiəçi klubun rəsmi yutub kanalında azarkeşlərin suallarını cavablandırarkən açıqlama verib.

O bildirib ki, Ensxede təmsilçisindən dəvət gənc yaşlarında gəlib: "Amma həmin vaxt ölkə xaricində oynamağa hazır deyildim. Ona görə də bu cür təkliflərə çox diqqət yetirmirdim. Daha da inkişaf edib komandama xeyir vermək istəyirdim".

Təcrübəli oyunçu "Astana"dan isə UEFA Çempionlar Liqasının qrup mərhələsində çıxış etdikdən sonra təklif aldığını söyləyib: "Maraqlı variant idi. Müqavilədə böyük məbləğ yazılmışdı. Lakin məsləhətləşdikdən sonra "Qarabağ"da qalmağa qərar verdim".

Qeyd edək ki, Maksim Medvedev 2006-cı ildən "Qarabağ"da çıxış edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı