"Region mediasının inkişafı ilə bağlı diaqnostik icmal hazırlanmaqdadır".
Metbuat.az-ın məlumatına görə, bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov Agentliyinin 2022-ci ilin yekunlarına dair hesabat konfransında deyib.
Onun sözlərinə görə, bununla da region mətbuatının inkişafı üçün şəriat yaradılacaq.
"Region media nümayəndələri ilə görüşlər keçirilib. Onların fikirləri və təklifləri dinlənilib. Bu il də region media nümayəndələri ilə görüşlər keçiriləcək".