"Media subyektlərinin 3 il müddətində vergidən azad olunması ilə bağlı qanun layihəsi hazırlanır".
Metbuat.az-ın məlumatına görə, bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov Agentliyinin 2022-ci ilin yekunlarına dair hesabat konfransında deyib.
Qanun layihəsi ilə media subyektləri öz fəaliyyətlərindən əldə etdikləri gəlirləri, reklam gəlirlərini, onlara verilən müvafiq yardımların gəlir, mənfəət və sadələşdirilmiş vergilərdən, istehsal etdikləri media məhsullarının təqdim edilməsinin əlavə dəyər vergisindən azad edilməsini ehtiva edir.
İcraçı direktor qeyd edib ki, qanun layihəsi maraqlı orqanlarla tam razılaşdırılıb və hökumətdə baxılmaqdadır.