Bu günədək 160-a yaxın media subyekti Media Reyestrindən keçib.

Metbuat.az-ın məlumatına görə, bunu Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov 2022-ci ilin yekunlarına dair hesabat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.

O qeyd edib ki, eyni zamanda 180 jurnalist Media Reyestrində qeydiyyatdan keçib.

Xatırladaq ki, Media Reyestri 14 oktyabr 2022-ci il tarixindən etibarən fəaliyyətə başlayıb.