​Şərqşünas alim Azərbaycan həqiqətlərini dünyaya çatdırır

AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Sübhan Talıblı mütəmadi olaraq xarici KIV-lər vasitəsilə Azərbaycan həqiqətlərini dünyaya çatdırır.

Metbuat.az xəbər verir ki, 2022-ci ilin ilk ayında Türkiyənin bir neçə saytında alimin 20 Yanvar faciəsi ilə bağlı məqalələri yayımlanıb. kafkassam.com, tarihistan.orgkiriminsesigazetesi.com saytlarında dərc olunan məqalələrdə 1990-cı ilin 20 Yanvar hadisələri barədə ətraflı məlumat verilib, hadisələrin səbəbləri, baş verdiyi şərait və nəticələri açıqlanıb. Müəllif Bakıda baş vermiş faciə ilə yanaşı, bölgələrdə, o cümlədən Neftçalada və Lənkəranda sovet ordusu tərəfindən törədilən cinayətlərdən də yazıb.

Sübhan Talıblının 20 Yanvar faciəsi ilə bağlı daha bir məqaləsi Özbəkistanın "interpress.uz" saytında yer alıb. Rus dilində dərc olunan “Трагедия «20 Января» 1990-го года: путь к независимости азербайджанского народа” (“1990-cı ilin 20 Yanvar faciəsi: Azərbaycan xalqının müstəqillik yolu”) məqaləsində faciəvi hadisələr barədə ətraflı məlumat verilib və xalqımızın müstəqilliyə doğru keçdiyi yolun məhz bu hadisələrdən keçdiyi qeyd edilib.

Fevral ayının sonlarında Özbəkistanın başqa bir saytında "fikr.uz"da S.Talıblının Xocalı soyqırımı ilə bağlı yazısı dərc edilib. Rus dilində olan "Xocalı soyqırımı: bəşəriyyətin ən qanlı faciələrindən biri" adlı məqalədə 20-ci əsr boyu ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımları ilə bağlı məlumat verən müəllif 1992-ci ilin 26 fevral Xocalı faciəsindən ətraflı bəhs edib. Xocalıda insanlığa qarşı cinayətlərin kimlər tərəfindən və necə törədildiyindən yazan S. Talıblı, soyqırımın acı nəticələri barədə məlumat verib. Soyqırımı törədən cinayətkarlardan bir qisminin bu qansız əməlləri etirafları qeyd olunan yazıda Xocalı soyqırımının dünyanın aparıcı informasiya vasitələrində işıqlandırılması, bu soyqırımı tanıyan ölkələr barədə də məlumat verilib.

S.Talıblının “Qaradağlı soyqırımı” adlı məqaləsi İranın “Xudafərin” jurnalında nəşr olunub. Qaradağlı faciəsinin həm yerli ictimaiyyətə, həm də dünya ictimaiyyətinə çatdırılması Azərbaycan həqiqətlərinin, Azərbaycan xalqının başına gətirilən müsibətlərin, Azərbaycan xalqının və dövlətinin təcavüzə, terrora və işğala məruz qalmasının öyrənilməsi baxımından əhəmiyyət kəsb edir. Məqalədə Qaradağlının tarixi, təbii-coğrafi mövqeyi, Qaradağlıya hücumun təşkili, Qaradağlının işğalı, soyqırımının qurbanları, erməni əsirliyində olarkən qətlə yetirilən azərbaycanlılar, Qaradağlı soyqırımı zamanı şahidlərin xatirələri, Qaradağlı faciəsi ilə əlaqədar Azərbaycan Respublikasının hüquqi addımları, beynəlxalq və regional təşkilatların mövqeyi və s. məsələlər araşdırılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR