Kürdəmirdə sürücü avtomobillə piyadanı vurdu -

Kürdəmir rayonunda sürücü avtomobillə piyadanı vuraraq hadisə yerindən qaçıb.

Metbuat.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, yanvarın 23-ü saat 2 radələrində Kürdəmir şəhəri ərazisində şəhər sakini C.Məhərrəmovun müəyyən edilməyən avtomobillə vurulması barədə polisə məlumat daxil olub.

Piyadaya xəstəxanada ilkin tibbi yardım göstərilib.

Kürdəmir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “VAZ-21099” markalı avtomobillə törədilməsi müəyyən olunub və həmin nəqliyyat vasitəsinin sürücüsü K.Kərimov saxlanılıb.

Araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR