Türkiyənin Hatay vilayətində pişik bir nəfərin həyatını xilas edib.
Metbuat.az xəbər verir ki, ərazidə axtarış aparan xilasedicilərdağıntılar altında yaşayan insanların olduğunu müəyyən edə bilməyib. Onlar ərazidən uzaqlaşıblar. Bir müddət sonra dağıntılar altından çıxan pişik mütəmadi səs etməyə başlayıb.
Dağıntılar üzərində səs salan pişik insanların diqqətini cəlb edib. Ardınca məlum olub ki, dağıntılar altında sağ qalan var. Dağıntılar altında qalan pişikin sahibidir. Xilasedicilərin səyi nəticəsində o,167 saat sonra xilas edilib. Türkiyəlinin səhhəti normaldır.