"Jurnalist adıyla spekuliyasiya edənlərin sayı həqiqi jurnalistlərin sayından çoxdur" -

"Hazırda Media Reyestrinə 183 media subyekti özünü bəyan edib, 207 nəfər jurnalist isə vəsiqə alıb".

Metbuat.az xəbər verir ki, bu barədə Media Agentliyinin şöbə müdiri Natiq Məmmədli AzTV-nin "Çıxışa doğru" proqramında məlumat verib.

Onun sözlərinə görə, 2015-ci ilin mart ayının statistikasına görə, Azərbaycanda 4978 media subyekti - KİV Ədliyyə Nazirliyində uçota götürülüb: "Jurnalistlərin sayı ilə bağlı da həmişə müxtəlif rəqəmlər səslənib. Bəziləri bu rəqəmin 35-40 minə yaxın olduğunu, bəziləri 5-6 min olduğunu iddia edirdi, o zamanlar Mətbuat Şurası isə orta rəqəm kimi 15 minə qədər jurnalistin fəaliyyət göstərdiyini bildirirdi. İndi Media Reyestrinə 183 media subyekti özünü bəyan edib, 207 nəfər jurnalist isə vəsiqə alıb. Bəs onda 4 min 800 media subyekti hara buxarlanıb? 14 min 800 jurnalist hara yoxa çıxıb?".

O qeyd edib ki, bu vaxta qədər media subyektləri və jurnalistlərlə bağlı statistik rəqəmlər şişirdilmiş olub və real mənzərəni ifadə etməyib: "Reyestrin aparılması və ilkin nəticələrinin təhlili artıq artıq dolğun təəssürat yaradır. Azərbaycanın informasiya məkanında media və jurnalist adıyla spekuliyasiya edənlərin sayı həqiqi jurnalistlərin sayından dəfələrlə çoxdur, bu, münsibətlər sisteminin hüquqi tənzimlənməsi zəruri idi".

N.Məmmədli həmçinin bildirib ki, jurnalistlərin media reyestrindən keçməsi könüllüdür, çünki qanunda bunu üçün hər hansı məcburetmə tədbiri nəzərdə tutulmayıb: "Azərbaycan dövləti heç bir jurnalistə məcburi qayda da güzəşt və imtiyaz tətbiq etmir. Jurnalist Agentlik tərəfindən verilən vəsiqə olmadan da sərbəst şəkildə öz peşə fəaliyyətini yerinə yetirə bilər".

Şöbə müdiri "Media haqqında" Qanununa qarşı aparılan kampaniyaya münasibət bildirib: "İndi belə çıxır ki, siz reyestrə düşsəydiniz, yaxşı idi, düşmədiniz pis oldu? Qanuna itaətsizlik çağırışları edənlərin digər qrupu isə xarici donorlarına cəlbedici görünən media reyestri adında "çörəkli" mövzu tapıblar. Venesiya Komissiyasının "Media haqqında" Qanununa münasibətində pozitiv məqamlar daha çox idi, nəinki bu adamların münasibətində. Biz Venesiya Komissiyasının rəyində öz əksini tapmış fikirlərin əksəriyyətini cavablandırmışıq, o məqamlarla razı deyil ki, onlar bizim tək peşə fəaliyyətimizlə deyil, eyni zamanda dövlət maraqlarımızla səsləşmir. Məsələn, bildirirlər ki, kimsə mənim ölkəmin ərazi bütövlüyünü şübhə altına alan çağırışlar edirsə, bu ifadə azdlığı ilə ziddiyyət təşkil etmir. Vətən müharibəsində şəhidlərinin qanı bahasına özünün ərazi bütövlüyünü təmin etmiş ölkə bunula necə razılaşa bilərdi?".

Daha ətraflı videoda:



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR