"iPhone 15"lə bağlı yeni məlumatlar

"iPhone 14"dən sonra - "İPhone 15"lə bağlı yeni məlumatlar mediaya sızıb.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, "iPhone 15", "iPhone 15 Plus", "iPhone 15 Pro Max" modellərində "iPhone X"ə bənzər dizayndan istifadə olunacaq.

Qeyd olunur ki, yeni modelin çərçivəsi nisbətən kiçik olacaq, digərlərindən fərqli olaraq çəkisi daha yüngül olacaq.

Bundan əvvəlki modeldə çox fərqlilik olmadığı üçün şirkətin məhsullarının satışında azalma müşahidə edilmişdi. Bu səbəbdən yeni modeldə daha çox dəyişiklik olacağı gözlənilir

Həmçinin bildirilir ki, "iPhone 15" 2024-cü ildən tez bazara girməyəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR