"Media savadlılığı artmasa, nə qədər doğru düzgün informasiya istehsal etsək, nə qədər düzgün kommunikasiya yaratsaq, yaxşı nəticə əldə edə bilməyəcəyik".

Metbuat.az xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov Elm və Təhsil Nazirliyinin Medianın İnkişafı Agentliyi ilə birgə keçirdiyi "Effektiv kommunikasiya" mövzusunda təlim-seminarda deyib: "Media islahatları bir çox istiqamətləri əhatə edir. Bunlardan ən vacibi də cəmiyyətlə düzgün kommumikasiyanın təşkil edilməsidir. Media savadlılığı artmasa, nə qədər doğru düzgün informasiya istehsal etsək, nə qədər düzgün kommunikasiya yaratsaq, yaxşı nəticə əldə edə bilməyəcəyik. Bu, həmçinin dezinformasiyaların yayılmasının qarşısının alınmasında mühüm rol oynayır", - deyə icraçı direktor qeyd edib.