​“WhatsApp”da yenilik:

“WhatsApp” yeni özəllikləri təqdim edib.

Metbuat.az xəbər verir ki, yenilik sayəsində mesajlaşma bölməsinə çox sayda yeni özəllik gətirilib. İlk olaraq android istifadəçilərinə təqdim edilən yeniliyə görə, istifadəçi sənəd paylaşarkən mətn əlavə edə bilər. Bu, çoxlu sənəd paylaşanlar üçün gözəl xüsusiyyətdir. Bundan əlavə, artıq 2 GB fayl göndərilə bilər. “WhatsApp” istifadəçilərə daha uzun qrup adları və qrup təsvirləri əlavə etməyə imkan verir. Burada limit 100 simvoldur.

Yeniliyə əsasən istifadəçilər eyni anda 100-ə qədər foto və video paylaşa bilər. Əvvəllər eyni anda 30-dan çox media göndərilə bilməzdi. Hələlik yeniliklər test mərhələsindədir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR