"TikTok"dan pul qazandıracaq yeni funksiya aktivləşdirildi

“TikTok” keçən həftə mediaya sızdırılan ödənişli məzmun sistemini rəsmi olaraq elan edib.

Metbuat.az xəbər verir ki, yeni sistemdə 20 dəqiqədən ibarət 80 videodan ibarət seriyalara pul ödəyərək baxa biləcəksiniz.

“Series” adlı bu yenilik məzmun yaradıcılarının ödənişli məzmunlar yaradaraq bunları istədiyi qiymətə satmasına şərait yaradacaq. Hər bir “Series” seriyası 80 videodan ibarət olacaq, hər bir videonun uzunluğu 20 dəqiqə təşkil edəcək. Yeni bir “Series” satın almaqla, 26,6 saatlıq videoya baxa biləcəksiniz.

Yeni funksiya hazırda sadəcə bəzi məzmun yaradıcıları üçün aktivləşdirilib. Şirkət nümayəndələri alınan rəylərdən sonra təkmilləşdirmələr apararaq, funksiyanı bütün məzmun istehsalçılarına təqdim edəcəklər.

Bildirilir ki, məzmunlardan gələn gəlirlərin tamamı ilk vaxtlarda məzmun yaradıcılarına veriləcək.

Bu funksiyanın aktivləşməsi böyük kütləyə sahib olan vloqqerlərin “Youtube” əvəzinə “TikTok”da özəl videolar, vloqlar çəkib paylaşmasına şərait yaradacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR