“Ritmə qarşı” qızlar arasında rəqs müsabiqəsinin qalibləri bəlli oldu -

“Ritmə qarşı” qızlar arasında rəqs müsabiqəsinin qalibləri bəlli oldu Cavan Gənclər Hərəkatının təşkilatçılığı ilə keçirilən “Ritmə qarşı” rəqs müsabiqəsinin qalibləri müəyyənləşib.

Metbuat.az xəbər verir ki, ötən gün Bakıda 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə qızlar arasında rəqs müsabiqəsi təşkil olunub. Müsabiqədə 16-29 yaş aralığında olan gənc qızlar müxtəlif rəqs növləri üzrə öz bacarıqlarını nümayiş etdiriblər. Ümumilikdə 24 iştirakçının mübarizə apardığı yarışda peşəkar münsiflər heyətinin qərarı ilə Sara İsmayılova 1-ci, Səbinə Alışova isə 2-ci yerə layiq görülüb.

Layihənin keçirilməsindəki əsas məqsəd yeni nəsil arasında incəsənətin bu növünə olan marağı artırmaq, cəmiyyətdəki stereotipləri aradan qaldırmaq, yetişməkdə olan gənc istedadların tanınması və bacarıqlarının nümayiş etdirilməsinə dəstək olmaqdır.

Qeyd edək ki, layihə Azərbaycan Gənclər Fondunun dəstəyi, “Dəniz Mall”, “Sabina” parfümeriya, “GoSport”, “Nike”, “Courir” və “Sketchers”in tərəfdaşlığı ilə təşkil olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR