​“WhatsApp” yeni funskiyası ilə istifadəçilərin bu problemini

“WhatsApp” bir neçə cihazda istifadəni çətinləşdirən əsas çatışmazlıqlardan birini həll edib.

Metbuat.az xəbər verir ki, bundan sonra messenceri bir hesabdan eyni anda bir neçə smartfonda istifadə etmək mümkün olacaq.

Bunun üçün ikinci cihazda nömrənin qeydiyyatı səhifəsində ekranın yuxarı sağ küncündə yerləşən üç nöqtənin üzərinə vurub “Mövcud hesabla bağlamağ”ı seçməlisiniz. Sonra əsas smartfonu götürməli, “WhatsApp”ın əsas səhifəsində üç nöqtəni vurmalı və “Əlaqəli cihazlar” bölməsini seçməli, sonra isə ikinci smartfonda görünən QR kodunu skan etməlisiniz.

Beləliklə, istifadəçilər eyni anda birdən çox cihazdan, o cümlədən fərdi kompüterdən, planşetdən və ikinci “Android” smartfonundan mövcud hesablarına daxil ola bilərlər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR