​“WhatsApp”ın yeni funksiyası istifadəçiləri sevindirdi:

“WhatsApp” növbəti yeniliyə imza atıb. Bu yenilik “WhatsApp”da çox foto paylaşanların işini asanlaşdıracaq.

Metbuat.az xəbər verir ki, “WhatsApp”ın iOS istifadəçiləri üçün istifadəyə verdiyi 23.7.0.77 beta yeniləməsində yeni alt alətlər paneli istifadəyə verilib. Məlumata görə, yeni alətlər paneli istifadəçilərə təkmilləşdirilmiş media seçimləri təklif edəcək. Bildirilir ki, “WhatsApp”ın media selektorunu yenidən dizayn edən tənzimlənmiş interfeys paneli əvvəllər də gündəmdə olub. Bu aşağı alətlər panelində istifadəçilər seçdiyi foto və videoları yan-yana görə biləcək.

İstifadəçilər hətta bu paneldə bəzi əməliyyatları icra edə biləcək. Bununla da istifadəçilər, paylaşımlara baxmaq üçün fotoları bir-bir irəlilətmək çətinliyi ilə üzləşməyəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR