İlon Mask Çinə getdi - FOTO

Elektrikli avtomobil istehsalçısı Tesla şirkətinin baş direktoru İlon Mask Çinə səfəri zamanı və Çin ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanıb.

Metbuat.az "Reuters"ə istinadən xəbər verir ki, sosial şəbəkələrin Çin seqmentində istifadəçilər Çinin İlon Mask kimi birinin varlığına ehtiyac duyduqları barədə müxtəlif paylaşımlar ediblər.

Mayın 30-da Pekində Çinin xarici işlər, ticarət və sənaye nazirləri ilə görüşən Mask ən yaxşı batareya təchizatçısı "CATL" şirkətinin sədri Zeng Yuqun ilə nahar edib. Öz növbəsində Çin Xarici İşlər Nazirliyi, hökumətin Mask və digər biznes liderləri ilə qarşılıqlı faydalı əməkdaşlıq etmələrini alqışladığı ilə bağlı açıqlama edib.

Qeyd edək ki, Çin Teslanın ABŞ-dan sonra ikinci ən böyük bazarı olsa da, Şanxay fabriki Teslanın ən böyük istehsal mərkəzidir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı