Qanunsuz hərbi birləşmələrin mövqeləri belə məhv edildi - VİDEO

Azərbaycan ordusunun qanunsuz erməni hərbi birləşmələrin istehkamlarını məhv etməsinin görüntüləri yayılıb.

Metbuat.az xəbər verir ki, bu barədə telegram kanallarında görüntülər yayılıb.

Xatırladaq ki, iyunun 27-si saat 20:05-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Ordumuzun Ağdam rayonunun Qalayçılar kəndi istiqamətində yerləşən mövqeləri atıcı silahlardan atəşə tutulub. Atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Bəkirov Əli Şükür oğlu yaralanıb. Yaralı hərbi qulluqçumuz dərhal hərbi tibb müəssisəsinə təxliyə edilib, həyatı üçün təhlükə yoxdur.

Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.

Sosial şəbəkələrdə ötən gün Azərbaycan Ordusunun cavab tədbirləri nəticəsində məhv edilən erməni separatçıların fotoları yayılıb.

Onlar - Armo Abqaryan, Qaqik Balayan, Samvel Torosyan və Yervand Tadevosyandır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı