"Elza Seyidcahan şairə deyil" - Nəcibə İlkin

Xəbər verdiyimiz kimi, Əməkdar artist Elza Seyidcahan Azərbaycan Yazıçılar Birliyinin üzvlüyünə qəbul edilib. Bu üzvlük qərarı cəmiyyət olduqca müzakirə mövzusuna çevirilib.

Metbuat.az xəbər verir ki, şairə, publisist Nəcibə İlkin "Elgizlə izlə" verilişində qeyd edib ki, Elza Seyidcahanın şairə kimi fəaliyyətini bəyənmir:

"O çox yaxşı müğənnidir, bəstəkardır, amma şairə deyil. Ümumiyyətlə, onun şeir aləmində heç nəyi yoxdur. Sadəcə, primitv sözlərdən istifadə edir. Əkim, töküm, nə bilim nə edim. Buradan Elza xanıma yenə deyirəm. AYB-nin sədri Anara və Çingiz Abdullayevə böyük hörmətim var. Amma mən bunu doğru bilmirəm. Onunla üz-üzə gəlsəm, yenə deyəcəm".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR