“Threads”i quran “Twitter”in keçmiş əməkdaşlarıdır - İDDİA

“Twitter”in vəkili Aleks Spiro “Threads” sosial media platformasının qurucusu Metanı tənqid edib.

Metbuat.az xəbər verir ki, o bildirib ki, Meta “Twitter”in məxfi məlumatlarına çıxışı olan keçmiş əməkdaşlarını işə götürərək “Twitter”in oxşarını qurub. Vəkil Meta şirkətini məhkəməyə verə biləcəklərini ifadə edib.

Qeyd edək ki, “Threads” tvitterə rəqibdir. Meta-nın açıqlamasına görə, “Threads” mətn məzmunu paylaşmaq və ictimai çatlarda söhbət etmək üçün instagram komandası tərəfindən qurulmuş platformadır. Açıqlamada istifadəçilərin instaqram hesabları vasitəsilə yeni platformaya daxil ola bildikləri qeyd edilib. “Threads” ilk gün 30 milyon istifadəçi qoşulub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı