"WhatsApp"dan gözlənilən qərar: Qruplarda bunu etmək olacaq

Dünyanın ən çox istifadə edilən ani ünsiyyət proqramı olan "WhatsApp" günü-gündən təkmilləşməkdə davam edir. Bu dəfə də proqram yeni bir xidmət üzərində çalışır.

Metbuat.az xəbər verir ki, istifadəçilərin məxfiliyinə əhəmiyyət verən "WhatsApp", beta versiyada yeni funksiyanı sınaqdan keçirməyə başlayıb. Bu xüsusiyyət ilə gizli qalmaq mümkün olacaq. Açılan qruplarda gizli qalmağınıza kömək edəcək bu xüsusiyyət "Telefon Nömrəsinin Məxfiliyi" xüsusiyyəti olaraq elan edilib.

Bu imkan sayəsində istifadəçilər nömrə və adlarını, yəni profillərini qrup üzlərindən tamamilə gizlədə biləcəklər. Amma nə qədər anonim olmağınızdan asılı olmayaraq, siz qrup admininizə və eyni qrupda sizi əlavə etmiş şəxslərə görünməkdə davam edəcəksiniz.

Bu xüsusiyyətin məqsədi tanımadığınız insanlarla eyni qrupda olduğunuz zaman problem yaşayacağınız vəziyyətlərin qarşısını almaq və ya istəmədiyiniz insanlar tərəfindən əlavə olunmağınızın qarşısını almaqdır.

Aidə / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR