Ermənistan Müdafiə Nazirliyi 4 hərbçisinin öldüyünü bildirib.
Metbuat.az xəbər verir ki, nazirlik həmçinin bir hərbçiniin yaralandığını bildirib.
Qeyd edək ki, sentyabrın 1-i səhər saatlarında Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətindəki bölmələri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisində yerləşən mövqelərinə qarşı zərbə PUA-sı tətbiq edilib. Nəticədə daha 3 hərbi qulluqçumuz yaralanıb.