Məşhur türk seriallarının rejissoru faciəvi şəkildə öldü

Tanınmış türk rejissor Aldulkadir Ceylan Ede faciəvi şəkildə həyatını itirib.

Metbuat.az türk mediasına istinadən xəbər verir ki, 58 yaşlı rejissor Sapanca gölündə boğulub. Xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Ürəyi dayanan Ceylan Ede Eskişehirdə dəfn ediləcək.

Qeyd edək ki, o, "Aynalı Tahir", "Pusat" və "Acı Həyat" kimi məşhur serialların rejissoru olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı