Oxşar ad, internet domeni istifadəsi ilə bağlı qadağalar tətbiq olunacaq

Rəqib təsərrüfat subyektini nüfuzdan salan hərəkətlər müəyyənləşəcək.

Metbuat.az xəbər verir ki, bu, Milli Məclisə daxil olan Rəqabət Məcəlləsində əksini tapıb.

Layihəyə əsasən, aşağıdakılar rəqib təsərrüfat subyektini nüfuzdan salan hərəkətlər hesab edilir:

- rəqibin işgüzar nüfuzu və ya maliyyə vəziyyəti haqqında və ya rəqibin elmi-texniki və istehsal imkanları haqqında yalan və ya təhrif olunmuş məlumatların yayılması, yaxud belə məlumatların yayılmasının təşkili, habelə rəqibin məhsulundan imtina etməyə əsassız çağırışların edilməsi (boykot edilməsi);

- rəqibin təklif etdiyi məhsulun, habelə istifadə etdiyi xammal və ya materialların mənşəyi, texnologiyası, xassələri, keyfiyyəti və təhlükəsizliyi haqqında yalan və ya təhrif olunmuş məlumatların yayılması, yaxud belə məlumatların yayılmasının təşkili, habelə rəqibin əmtəəsindən imtina etməyə əsassız çağırışların edilməsi (boykot edilməsi).

Eyni zamanda layihəyə əsasən, aşağıdakılar rəqibin sahibkarlıq fəaliyyətini təqlid edən hərəkətlər hesab edilir:
- məhsulun texniki xassələrindən irəli gələn xarici görünüşü istisna olmaqla, rəqibin məhsulunun və onun formasının, o cümlədən

malın xarici tərtibatının və ya qablaşdırılmasının onunla

razılaşdırmadan təqlid edilməsi;
- rəqibin əqli mülkiyyət hüquqlarını pozmaq yolu ilə onun məhsulunun bilavasitə təkrarlanması;
- rəqibin adından və ya firma adından (eyni adlı təsərrüfat subyektinin öz adından hər hansı fərqləndirici nişanla firma adı kimi istifadə halları istisna olmaqla), habelə onun əmtəə nişanından qanunsuz istifadə edilməsi;

- rəqibin internet domeninin adından, habelə rəqiblə eynilik və ya istifadəçiləri çaşdıracaq dərəcədə oxşarlıq təşkil edən internet səhifəsinin dizaynından onunla razılaşdırılmadan istifadə edilməsi;
- rəqibin qanuna uyğun istifadə etdiyi coğrafi göstəricisindən qanunsuz istifadə edilməsi.

Layihəyə əsasən, Azərbaycan Respublikasının normativ hüquqi aktları və ya rəqiblə bağlanılan kommersiya sirrinə dair münasibətləri tənzimləyən müqavilədə nəzərdə tutulan hallar istisna olmaqla, şəxsi maraq və ya üçüncü tərəflərin marağı üçün rəqibin maraqlarına ziyan vura və ya onun bazardakı rəqabət vəziyyətinə xələl gətirə bilən onun istehsal, texnoloji, idarəetmə, maliyyə və başqa fəaliyyəti ilə bağlı məlumatların, habelə qanunla və ya müqavilə ilə kommersiya sirrinə aid edilən digər məlumatların qanunsuz əldə edilməsi, istifadə olunmasına və ya yayılmasına yol verilməyəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı