Bakıda türk dünyası kino xadimlərinin zirvə görüşü keçirilib

Bakıda III “Korkut Ata” Türk Dünyası Film Festivalı çərçivəsində türk dünyası kino xadimlərinin zirvə görüşü keçirilib.

Metbuat.az xəbər verir, Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Özbəkistanın kino sektorunun nümayəndələrinin iştirak etdiyi toplantını Mədəniyyət Nazirliyi yanında ARKA-nın baş direktorunun müşaviri Orxan Fikrətoğlu açıb.

Orxan Fikrətoğlu festivalın türk dünyası və film sektoru üçün əhəmiyyətini vurğulayıb.

Görüşdə türk dünyası, onların mədəni görüşünü əhatə edən və qarşılıqlı əməkdaşlığı özündə ehtiva edən məsələlər müzakirə edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı