Ordumuz 8 kənd üçün xüsusi əməliyyata hazırlaşır? - AÇIQLAMA

"Ermənistan Azərbaycanın suverən ərazilərinin bütövlüyünü, işğal altında qalan 8 kəndi də Azərbaycan ərazisi kimi tanımışdır. Bu kəndlərin qaytarılması danışıqlar masasında öz həllini tapmalıdır".

Bu fikirləri Metbuat.az-a açıqlamasında millət vəkili Azər Badamov deyib. Onun sözlərinə görə, sülh müqaviləsi imzalanandan sonra delimitasiya və demarkasiya prosesində sərhədlər müəyyənləşəndə bu kəndlərin taleyi ilə bağlı qərar qəbul olunacaqdır:

“Xəzərdə mübahisəli yataqlar hər iki xalqa fayda gətirəcək”

"Ümumiyyətlə, işğal altında qalan səkkiz kəndin qaytarılması üçün yenidən müharibənin baş verəcəyini hesab etmirəm. Amma torpaqdan pay olmur və Ermənistan danışıqlar masasında ədalətli mövqedən çıxış etməzsə hər şey ola bilər. Ermənistan sülh müqaviləsinin imzalanmasında əngəl yaratmaq üçün Gədəbəyin Başkənd kəndini qaytarmalı olması ilə bağlı sərsəm fikirlər ifadə edir. Yeri gələndə bu gün Ermənistanın mövcud olduğu bütün ərazilər Azərbaycanın tarixi torpaqlarıdır. 1920-ci ilin xəritlərinə görə delimitasiya və demarkasiya aparılarsa Ermənistanın yerlləşdiyi torpaqların yarısı Azərbaycana qaytarılmalıdır".

Millət vəkili onu da qeyd etdi ki, hələ də saxta ərazi və digər iddialarından əl çəkməyən Ermənistan çirkin niyyətlərinə davam edərsə bu Ermənistanı məhvə aparacaqdır.

Mövzuya münasibət bildirən politoloq Samir Hümbətov vurğuladı ki, Qazaxın işğalda olan 7 kəndi və Naxçıvanın bir kəndi ilə bağlı məsələyə artıq aydınlıq gətirilib:

"İran açıq şəkildə etiraf edir ki, İsrailə təhdid formalaşdırır" -

"Ermənistan baş naziri Nikol Paşinyan özü də etiraf edib ki, bunlar Azərbaycan ərazisidir. Prezident İlham Əliyevin də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə telefon danışığı zamanı bu məsələyə toxundu. Azərbaycan bu ərazilərini geri istədiyini bir daha bəyan etdi. Həmin kəndlərin ümumilikdə təqribən 500 kvadrat kilometrə qədər ərazisi var. Əgər Ermənistan həmin anklavları Azərbaycana geri qaytaracaqsa, oradan ölkəyə daxil olmanın necə olacağı, hansı şəkildə tənzimlənəcəyi müəyyənləşdirilməlidir. Hesab edirəm ki, məsələdə alternativ variantlar müzakirə edilə bilər”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı