Maqomayevin dostu olmuş Xalq artisti vəfat etdi

SSRİ və Rusiya Xalq artisti Gennadi Qladkov 89 yaşında vəfat edib.

Metbuat.az bildirir ki, bu barədə onun köməkçisi məlumat verib.

Qeyd edək ki, G.Qladkov 100-dən çox filmə və cizgi filminə musiqi yazıb. Məşhur filmlər arasında "On iki stul", "Uğur centlmenləri", "Kapuçinov bulvarından olan adam" və s. var. "Bremenli musiqiçilər", "Uşaq və Karslon" kimi cizgi filmlərinə də musiqi yazıb. Onun SSRİ-nin xalq artisti Müslüm Maqomayevlə dostluğu olub. "Bremenli musiqiçilər" cizgi filmində Müslüm Maqomayevlə birgə çalışıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR