Leysan olub, şimşək çaxıb - FAKTİKİ HAVA

Faktiki hava açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Metbuat.az-a verilən xəbərə görə, oktyabrın 19-u saat 9:00-a olan məlumatına əsasən, ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, arabir yağış yağıb, ayrı-ayrı yerlərdə leysan xarakterli olub, şimşək çaxıb.

Düşən yağıntının miqdarı Lənkəranda 10 mm, Lerikdə 9 mm, Ordubadda 7 mm, Neftçalada 5 mm, Astara, Şahbuz, Qax, Biləsuvar, Yardımlı, Quba, Şəki, Sədərək, Naxçıvan, Şərur, Culfa, Gədəbəy, Ağdam, Göygöl, Oğuz, Naftalan, Gəncə, Ceyrançöl, Balakən, Qusar, Xaltan, Tərtər, Mingəçevir, Yevlax, Daşkəsən, Göytəpə, Bərdə, Qəbələ, Zaqatala, Göyçay, İsmayıllı, Zərdab, İmişli, Sabirabad, Cəfərxanda 4 mm-dək, Bakıda və Abşeron yarımadasında 1 mm-dək olub.

Göyçay, Göygöl, Daşkəsən, Naftalan, Gəncə, Şəmkir, Balakən, Zaqatala, Oğuz, Şəki, Qax, Şamaxı, Qusar, Xaltan, Şərur, Gədəbəy, Lerikdə duman müşahidə olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR