“WhatsApp”da yenilik - Keçmiş mesajlar üzə çıxacaq

Meta “WhatsApp”ı təkmilləşdirməyə davam edir.

Metbuat.az xəbər verir ki, İP ünvanının gizlədilməsi funksiyasını sınaqdan keçirən şirkət səsli və video mesaj rejimi arasında keçidi asanlaşdırmaq üçün yeni seçimi sınayır. Məlumata görə, Meta “WhatsApp”da iki yeni funksiya üzərində işləyir. Sınaqdan keçirilən yeniliyə əsasən istifadəçilər səsli və video mesajlar arasında keçiddə çətinlik çəkməyəcək və çatlarda tarixə görə axtarış edərək köhnə söhbətlərə daha asan daxil ola biləcəklər. Sınaqdan keçmiş başqa bir funksiyaya görə, istifadəçilər artıq tarixə görə söhbətlərini axtara biləcəklər. Bu yolla köhnə mesajları tapmaq daha asan olacaq.

Qeyd edək ki, “WhatsApp” "Zənglərdə İP ünvanını qoruyun” adlı yeni funksiya üzərində işlədiyi açıqlamışdı. Bu, zəng zamanı istifadəçilərin yeri və İP ünvanını tapmasına mane olacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR