Azərbaycanda FM analoq radio yayımı dayandırılacaq

2028-ci ildən ölkə ərazisində FM analoq radio yayımının mərhələlərlə dayandırılmasına başlanılacaq.

Metbuat.az xəbər verir ki, bu, Azərbaycan ərazisində rəqəmsal radio yayımının tətbiqi və inkişafı üzrə Tədbirlər Planında öz əksini tapıb.

Tədbirlər Planının hədəf göstəricilərinə əsasən, 2027-ci ildə ölkə ərazisinin 99.6 faizi rəqəmsal radio yayımı ilə əhatə olunacaq.

Tədbirlər Planında nəzərdə tutulmuş prioritetlərin icrası nəticəsində 2026-cı ilədək rəqəmsal radio yayımına keçidlə əlaqədar tələb olunan normativ hüquqi aktlar formalaşdırılacaq. Eyni zamanda 2026-cı ilədək respublikanın şəhərlərinin və rayon mərkəzlərinin, həmçinin magistral avtomobil yollarının təxminən 70 faizi DAB+ rəqəmsal radio yayımı ilə əhatə olunacaq.

Məqsəd rəqəmsal radio yayımına keçidin məqsədi tezlik resurslarından səmərəli istifadə edilməsi, ölkə ərazisində müasir radio yayımının tətbiqi nəticəsində əhalinin daha keyfiyyətli radio yayımları və yeni növ informasiya xidmətləri ilə təmin olunması və efir məkanının təhlükəsizliyinin gücləndirilməsidir.

Tədbirlərin icrası üçün rəqəmsal radioyayım avadanlıqlarının alınmasına, çatdırılmasına və quraşdırılmasına 4.8 milyon manat vəsait tələb olunur. Maliyyəşdirilmə dövlət-özəl tərəfdaşlığı çərçivəsində və qanunla qadağan edilməyən digər mənbələrdən həyata keçiriləcək. Hesablanmış (ehtimal olunan) məbləğ keçiriləcək satınalma prosedurunun nəticəsinə uyğun dəyişə bilər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı