“Google” İsrail- HƏMAS müharibəsi ilə bağlı hərəkətə keçdi

“Google” İsrail ordusunun tələbi ilə İsrail və Qəzza zolağında “Google Maps” və “Waze” proqramlarında yol hərəkəti axını barədə trafiki söndürüb.

Metbuat.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Qeyd edilib ki, buna səbəb İsrail qoşunlarının hərəkəti haqqında ümumi təsəvvür əldə etmək imkanlarıdır.

Xatırladaq ki, daha öncə teleqramın “App Store” və “Google Play”dən endirilən proqramlarında HƏMAS-ın hesabları əngəllənib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR