Azərbaycanda yeni fırıldaq növü - Kartınızdan bütün pulu çəkə bilərlər

Azərbaycanda "Tinder ovçuları" peyda olub.

Metbuat.az-ın məlumatına görə, bu barədə texnobloger Fərid Pərdəşünas bildirib. O vətəndaşları şəxsi hesabları ilə bağlı diqqətli olmağa çağırıb:

“Tinder” sosial şəbəkəsində Azərbaycana yeni gəldiklərini iddia edən xanımlar, oğlanlarla tanış olur. Tez-bazar görüş üçün oğlanlara saxta sinema saytı göndərirlər ki, bilet al, axşam filmdə arxa sıralarda oturaq və emosianal ehtiyaclarımızı ödəyək. Bu linklər yerli sinema saytlarının kopyası olur və fişinqdir. Kartınızdan bütün pullar çəkiləcək".

Qeyd edək ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə daxil olan məlumata əsasən, ölkəmizin sosial şəbəkə istifadəçilərinin hesablarına kütləvi kiberhücumlarla bağlı xəbərdarlıq etmişdi. Elektron Təhlükəsizlik Xidməti vətəndaşlarımızı xüsusilə diqqətli olmağa, sosial şəbəkə hesablarının təhlükəsizliyinə ciddi yanaşmağa və hesablarını qorumaq üçünümumi qaydalara əməl etməyə çağırıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı