Baku TV peyk yayımına başladı

2018-ci ildə təsis edilmiş Baku TV internet televiziya kanalı "Azerspace-1" peyki üzərindən yayıma başlayıb.

Bu barədə Metbuat.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyə ("Azərkosmos") istinadən xəbər verir.

Xatırladaq ki, ölkəmizin əksər telekanalları, o cümlədən AzTV, CBC Sport, CBC Azerbaijan, İdman Azərbaycan, İctimai, ATV, Real TV, Space TV, MTV Azerbaijan 2013-ci ildə orbitə buraxılmış "Azerspace-1" telekommunikasiya peyki vasitəsi ilə yayımlanmaqdadır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR