​“Zəfərin Səsi” adlı ədəbi-bədii tədbir keçiriləcək

Noyabrın 4-də “İRƏLİ” İctimai Birliyi, Azərbaycan Gənc Müəllimlər Assosiasiyası və Azərbaycan Milli Konservatoriyasının birgə təşkilatçılığı ilə Zəfər Günü və Dövlət Bayrağı Gününə həsr olunmuş “Zəfərin Səsi” adlı ədəbi-bədii tədbir təşkil olunacaq.

Metbuat.az xəbər verir ki, bu barədə “İRƏLİ” İctimai Birliyi və Azərbaycan Gənc Müəllimlər Assosiasiyası birgə məlumat yayıb. Azərbaycan Gənclər Fondu, Təhsilin İnkişafı Fondu və Gənclər Təşkilatları Milli Şurasının tərəfdaşlığı ilə keçiriləcək tədbirdə Azərbaycan Milli Konservatoriyanın tələbələrindən ibarət “Milli Avaz” xor kollektivi və “Buta” xalq çalğı alətləri orkestrinin ifasında konsert proqramı təqdim olunacaq.

Qeyd edək ki, tədbirin əsas məqsədi müasir dövrdə müxtəlif ideologiyaların təsiri fonunda gənclər arasında milli düşüncəni qoruyub saxlamaq, onların vətənpərvər ruhda yetişməsinə nail olmaq, şəhid və qəhrəmanlarımızı tanıtmaq, eləcə də, onların keçdiyi tarixi zəfər yolunu təbliğ etmək və xatirələrini daim uca tutmaqdır.

Tədbirdə iştirak etmək istəyən gənclər aşağıdakı linkə keçid edərək qeydiyyatdan keçə bilərlər: https://shorturl.at/wTVX2


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı