Meyxanaçının muğam oxumasına Əməkdar artistdən REAKSİYA

Meyxana ifaçısı Baləli Xəzər TV-də yayımlanan “Xəzər axşamı verilişində muğam ifa etdiyi üçün tənqid olunur. Bildirilir ki, meyxana muğamdan tamamilə fərqlənir, muğamın öz ustadları var. Muğam ifaçılarının bəziləri sosial şəbəkələrdə Baləlinin ifasına narazılıqlarını bildirsələr də, pərəstişkarları meyxanaçının muğam oxumasını müsbət qarşılayıblar.

Metbuat.az bildirir ki, tanınmış muğam ifaçısı, Əməkdar artist Nuriyyə Hüseynova isə Pravda.az-a açıqlamasında deyib ki, Baləlinin oxuduğu muğam deyil:

"Baləli barədə məlumatım yoxdur. Tanımadığım şəxs haqqında heç vaxt fikir bildirmirəm. Lakin meyxanaçının sözügedən ifasını dinlədim. O, muğam oxumur. Sadəcə, “Bayatı-Şiraz” muğamı, yəni lad üzərində avazla qəzəl deyir. Xaric oxumur. Yəni Baləli muğam oxumayıb ki, onu tənqid edək. Meyxanaçının səsləndirdiyi qəzəlin müəllifinin kim olduğunu da bilmirəm. Muğam başqa ağır sahədir, çətin sənətdir, tam fərqlidir. Azərbaycan xalq musiqisində 7 əsas muğamımız var. 7 məqam 7 lad deməkdir. Muğam bəşəri musiqidir. Meyxanaçılar meyxananı, yazdıqları qafiyələri hansısa ladın üstündə oxuyurlar. Ya “Bayatı-Şiraz”, ya “Seygah”. Muğam ladında hansısa qəzəli, şeiri avazla səsləndirmək hələ muğam oxumaq demək deyil. Ümumiyyətlə, meyxana janrını çox dinləmirəm. Təsadüfən televizoru açanda qarşıma çıxır".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı