Fələstin hökuməti Qəzzaya beynəlxalq müdaxilə çağırışı etdi

İsrail ordusunun Qəzzada “Şifa” xəstəxanasına hücumu beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır.

Metbuat.az xəbər verir ki, bu barədə Fələstin hökumətindən açıqlama verilib. Açıqlamada minlərlə insanı qorumaq üçün Qəzzaya təcili beynəlxalq müdaxilə çağırışı edilib.

Qeyd edək ki, İsrail ordusunun sözçüsü Aviçay Adraee sosial şəbəkədəki paylaşımında “Şifa” xəstəxanasının müəyyən hissəsində hərbi əməliyyat keçirildiyini bildirib. Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, xəstəxanada təxminən 2500 adam var. Bunlara tibb qrupları, xəstələr, o cümlədən 600 yaralı və 36 yeni doğulmuş körpə və xəstəxanaya sığınan köçkünlər daxildir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı