Moskvada “Bizim nəsil” beynəlxalq uşaq müsabiqəsi keçirilir.
Metbuat.az bildirir ki, Azərbaycanı bu müsabiqədə balaca istedadlı ifaçı Selin İsgəndərova təmsil edir. Doqquz yaşlı Selin uşaqlıqdan musiqi ilə məşğuldur, fortepianoda ifa etməyi öyrənir və vokalçı kimi konsertlərdə çıxış edir.
O, müsabiqədə iştirak etmək üçün Azərbaycan Uşaq Fondu tərəfindən seçilib. AZAL şirkətinin dəstəyi Azərbaycan deleqasiyası Moskva şəhərinə yollanıb.
Dünən açılış və püşkatma mərasimi keçirilib. Azərbaycan təmsilçisi “Xoşbəxtlik quşu” mahnısı ilə Finalın ilk yarısında çıxış edəcək. Mahnının müəllifləri Zəhra Bədəlbəyli və Röya Hüseynovadır.Layihənin rəhbəri – Zəhra Bədəlbəyli, nümayəndə heytəi rəhbəri Vüsal Qarayevdir. Dizayner Samirə İsmayılova. Video tanınmış videoqraf Toğrul Həsənov tərəfindən hazırlanmışdır. Ölkəmizdə müsabiqənin ambassadoru isə peşəkar müğənnimiz Rilaya seçilmişdir.
Mahnımızın rəsmi video-çarx premyerası 16 noyabr 20:00-da Selin İsgəndərovanın rəsmi Youtube kanalında baş tutacaq.
Müsabigədə Rusiya, Azərbaycan, Ermənistan, Braziliya, Belarus, Qazaxıstan, Qırğızıstan, Çin, Mavrikiy, Monqolustan, Tacikistan, Özbəkistan və Cənubi Afrika Respublikası iştirak edirlər. Müsabiqənin finalı noyabrın 18-də “Moskva” konsert zalında saat 16:00-da baş tutacaq və onlayn yayımlanacaq.
Səs vermə onlayn və münsiflər tərəfindən baş tutacaq. Münsiflər heyəti isə - öz ölkələri üçün səs verə bilməyəcək və ancaq digər ölkələrə səs verə biləcək.
Noyabrın 16-da isə Moskva vaxtı ilə saat 22:00-dan (Bakı vaxtı ilə saat 23:00-dan) onlayn səsvermə https://www.ourgeneration.tv/ru rəsmi saytında açılacaq.. Bu anı qaçırmayın və ən yaxşısına səs verin, Selinə səs verin.